waplog

Müdafiə Sənayesi Nazirliyində elektron sənəd dövriyyəsi sistemi yaradılır


Müdafiə Sənayesi Nazirliyi ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsini e-xidmətlərə daxil edib. Nazirliyin aparat rəhbərinin müavini Vaqif Zeynalovun  "İCTnews" elektron xəbər xidmətinə bildirdiyinə görə, artıq sözügedən xidmət istifadədədir və maraqlı şəxslər bundan yararlana bilər.

V.Zeynalov əlavə edib ki, hazırda nazirliyin daxilində elektron sənəd dövriyyəsi sisteminin yaradılması istiqamətində işlər gedir: «Bununla bağlı lazımi təkliflərimizi də vermişik.

Bəzi məsələlər həll olunduqdan sonra o sistem də işləyəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizdə onlayn müraciət forması var. İstənilən adam sorğularını, təkliflərini, şikayətlərini və ərizələrini elektron qaydada göndərə bilər. Bütün bunlar interaktiv şəkildə qəbul olunur və müvafiq qaydada  cavablandırılır».



SEYMUR





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL