Yerli mobil operator Türkiyənin 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan «Bakcell» şirkəti Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə toplantısının sponsorlarından biri olub.
Qeyd edək ki, Avrasiya İqtisadi Zirvə toplantısı Türkiyənin Mərmərə Fondu tərəfindən təşkil edilir və Türkiyənin qeyri-hökumət sektorunda keçirilən ən nüfuzlu və iri tədbirlərdən biridir.
Hər il bu konfrans siyasət və sənaye rəhbərləri daxil olmaqla 500 nəfərdən artıq iştirakçı cəlb edir. 15-ci Zirvə Toplantısı zamanı energetika, iqtisadiyyat, ekologiya və qadın problemləri kimi mövzular müzakirə edilib.
CRA Qrupunun Telekommunikasiyalar üzrə vitse-prezidenti və «Bakcell»in Direktorlar şurasının müşaviri cənab Cüneyt Türktan Zirvə toplantısı çərçivəsində Telekommunikasiya mövzusunda keçirilmiş “dəyirmi masa”da təqdimat keçirib.
“Dəyirmi masa” Avrasiya İqtisadi Forumu çərçivəsində ilk dəfə olarag keçirilib və “Bakcell” şirkəti burada təqdimatla çıxış edən yeganə şirkət olub. Tədbirdə mobil texnologiyalar sahəsində tədqiqat və inkişaf daxil olmaqla kommunikasiya sektorunun əsas mövzuları müzakirə edilib.
“Bakcell” şirkəti Zirvə toplantısında iştirak edən yeganə Azərbaycan şirkəti olub. Şirkətin baş icraçı direktoru cənab Riçar Şirerin sözlərinə görə, “Ötən il ərzində “Bakcell” öz maliyyələşdirmə mənbələrinin sayını artırıb və hazırda həmin mənbələrə beynəlxalq banklar və istiqraz sahibləri də daxildir.
Şirkət Azərbaycanın İKT sektorunun inkişaf etdirilməsinə dair hökumət tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsi və Azərbaycanda mobil internetin inkişaf etdirilməsi sahəsində mühüm rol oynayır və Azərbaycanın müasir internet istifadəçilərini ən üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün əlindən gələni edir.
Bazarın inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədi ilə yeni texnologiyaların və proqram həllərinin Azərbaycana gətirilməsi üçün «Bakcell» şirkəti mütəmadi olaraq beynəlxalq şirkətlər və agentliklərlə əməkdaşlıq edir”.
Tədbirdə bir neçə ölkənin indiki və keçmiş prezidentləri, baş nazirləri, Türkiyənin Nəqliyyat naziri Binəli Yıldırım, İnkişaf naziri Cəvdət Yılmaz, Avropa Birliyi naziri və Baş müzakirəçi Əgəmən Bağış, Mədəniyyət və turizm naziri Ertoğrul Günay, Ailə və sosial siyasətlər naziri Fatma Şahin və Təbii resurslar və enerji naziri Tanər Yıldız daxil olmaqla Türkiyə Respublikasının nazirləri iştirak edib.
Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən 15-ci Avrasiya İqtisadi Zirvə toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Misir Mərdanov və Sənaye və energetika naziri Natiq Əliyev iştirak edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL