waplog

Rəqəmli TV yayımının genişləndirilməsi TV proqramlarının keyfiyyətinin və sayının artmasına geniş imkanlar yaradır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilmişdir.

Müzakirədə Rabitə və informasiya texnologiyaları naziri  Əli Abbasov TV yayımına keçidlə əlaqədar NK-nın 10 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na əsasən, hazırda ölkə əhalisinin 85%-nin Rəqəmli TV proqramlarını qəbul etdiyini və cari ilin sonuna kimi bütün ölkə ərazisində qəbulun təmin edilməsi üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulamışdır.

Qeyd olundu  ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün  TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir.  
Eyni zamanda qarşıya qoyulan məqsədə nail olunması üçün  rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanmışdır.

Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün  ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunmuşdur.  

Müzakirələr zamanı Rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin də rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır.
Müzakirə zamanı Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonuna qədər analoq TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu  da qeyd edilmişdir.
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL