“Elektron imza” üçün sertifikatı necə əldə etməli?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza almaq istəyən vətəndaşlara onun prosedur qaydalarını açıqlayıb. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, elektron imza üçün sertifikat əldə edərkən bir sıra qaydalara riayət olunmalıdır.
MHM bildirir ki, sertifikat əldə etmək üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə Qeydiyyat Mərkəzinə müraciət etməlidir ki, bu zaman Qeydiyyat Mərkəzində vətəndaşın adına ərizə formalaşdırılır.
Ərizəyə fiziki və hüquqi şəxslər üçün bir sıra sənədlər əlavə olunmalıdır. MHM bildirir ki, fiziki şəxslər imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surətini, imza sahibinin adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə, ödəniş qəbzini, hüquqi şəxslər isə Azərbaycan Respublikası qanunveriçiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri (nizamnamə, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış), hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə (hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, hüquqi şəxsin Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub, e-imza sertifikatının alınmasına müraciət olunan işçilərin hüquqi şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri, “elektron imza” sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış, rəhbər şəxsin möhürünü təsdiq edən sənəd təqdim olunmalıdır.
Dövlət qurumlarının e-sənəd almasında isə bir qədər fərqlilik var.
Belə ki, dövlət qurumları təşkilatın (nazirliyin, idarənin, müəssisənin) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin surəti, rəhbər şəxs tərəfindən, onun adından fəaliyyət göstərəcək səlahiyyətli nümayəndəyə verilən etibarnamə (rəhbər şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, təşkilatın Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub, e-imza sertifikatının alınmasına müraciət olunan işçilərin rəhbər şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri, “elektron imza” sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış, rəhbər şəxsin möhürünü təsdiq edən sənəd tələb olunur.
Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə mərkəz arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə mərkəz sertifikatın verilməsindən imtina edir.
Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilib.
Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi mərkəzə qaytarılır.
Elektron formadakı sertifikat onu verən mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.
Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o, verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin, mərkəz tərəfindən məlumatlandırılmanın aparılması barədə müvafiq jurnallarda imza edir. Verilmiş sertifikat mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL