waplog

İnternet 1986-cı ildə itmiş oğlanı 25 ildən sonra anasına qovuşdurub


Hindistanda doğulmuş Avstraliya sakini Sara Brayerli itdikdən 25 il sonra “Google Earth”un köməkliyi ilə anasına qovuşub. O, 1986-cı ildə qardaşı ilə dəmir yolunda süpürgəçi işləyirdi. Günlərin birində stansiyada yatıb. Oyandıqdan sonra yanında qardaşını görməyən oğlan yaxında dayanmış  qatara minib və doğma şəhərdən 1,2 min kilometr məsafədə aralanıb.

Sara qatarda da yatıb və yalnız 14 saatdan sonra oyanıb. O, artıq Kəlküttə şəhərində idi. "Mən çox qorxmuşdum, harada olduğumu bilmirdim, yoldan ötənlərə suallar verməyə başladım" – avstraliyalı qeyd edib. O, küçədə dilənçilik etməyə başlayır, müəyyən müddətdən sonra yetimxanaya düşür.

Bundan sonra Avstraliyada yaşayan ailə oğlanı övladlığa götürüb. Hazırda Sara Brayerli Avstraliyada yaşayır.
Sara Brayerli müəyyən müddətdən sonra ailəsini tapmağa qərar verib, lakin o, heç doğma şəhərinin adını bilmirdi. Lakin ağlında doğma şəhərinin təsvirləri qalmışdı və “Google Earth”də axtarış zamanı bu təsvirlərdən  istifadə edib.

O, qatarın 14 saat ərzində getdiyi təxmini məsafəni hesablayıb və həmin əraziyə baxmağa başlayıb. O, bu yolla doğma şəhəri Kxandvunu tapıb. Şəhərin yaxınlığında şəlalə yerləşir, mən uşaq vaxtı orda oynayırdım" - Sara Brayerli bildirib.

Avstraliyalı Kxandvu şəhərinə yollanıb və orada ailəsinin evini tapıb. Ev  qıfıllanmışdı, lakin qonşular onun anasını tapmağa kömək ediblər. Sara çətinliklə də olsa anasını tanıyıb, çünki qadın çoxlu müsibət yaşayıb. Məlum olub ki, Sara itdikdən sonra onun böyük qardaşı ölüb.

Avstraliyalının başına gələn hadisə ilə naşir və kinoprodüserlərin  maraqlandığı qeyd edilir. Onlar film çəkməyə hazırdılar.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL