Hindistan 90 nəfərlik sərnişin təyyarəsi hazırlayır
Hindistan şəxsi 90 nəfərlik sərnişin avialaynerini hazırlayır.“İCTnews.az” elektron xəbər xidməti “www.itar-tass.com” saytına istinadən bildirir ki, təyyarəni ən müasir aviasiya elektron avadanlığı ilə təchiz edəcəklər. Ona uçuş və enmə üçün daha az yer lazım olacaq.
“NCA-90” (National Civil Aircraft) adlanacaq laynerin hazırlanması üçün artıq konstruktor bürosu yaradılıb.
Hindistanın Planlaşdırma Komissiyası bildirib ki, təyyarənin layihəsini düzəltməyə və hazırlamaga təxminən 871 milyon dollar xərclənəcək. Hava gəmisinin seriyalı istehsalı üçün daha 640 milyon dollar lazım olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL