İtalyan alimləri su keçirməyən nanokağız yaradıblar
İtaliyanın Genuya Texniki İnstitutunda çalışan italyan mühəndislər qrupu kağız istehsalında yeni nanotexnoloji proses hazırlaması haqqında məlumat veriblər.
Bu proses nəticəsində kağız su keçirməyən olur, maqnit və antibakterial xüsusiyyətlərə malik olur, həm də kağızın baza xüsusiyyətləri olduğu kimi qalır. İtalyan alimləri qeyd ediblər ki, onlar tərəfindən yaradılmış kağız istifadə nöqteyi-nəzərindən adi kağız kimidir, lakin əlavə faydalı xüsusiyyətlərə malikdir.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, nanokağızın su keçirməmək, maqnitləşmək və antibakterial xüsusiyyətlərinə baxmayaraq, onun üzərində əvvəlki kimi qələmlə yazmaq mümkündür.
İtalyan mütəxəssisləri bildiriblər ki, bu hazırlamanın praktik əhəmiyyəti çox böyükdür. Məsələn, antibakterial kağızı qida məhsullarının qablaşdırılması, su keçirməyən kağızı isə içkilərin qablaşdırılması üçün istifadə etmək olar. Bundan əlavə, su keçirməyən kağız, həmçinin, mühüm sənədlərlə işlədikdə və mədəni irsi obyektlərin mühafizəsi üçün istifadə edilə bilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL