waplog

Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsi öyrənilir


Aprelin 16-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsraildə qida və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik "Juran" şirkəti tərəfindən azərbaycanlı iş adamları üçün "Kənd təsərrüfatının innovasiya sistemləri və maşınqayırmada yeni texnologiyalar və həllər" mövzusunda seminar keçirilib.

"İCTnews" elektron xəbər xidmətinə nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva iş adamları arasında əlaqələrin genişləndirilməsində bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb, yerli iş adamlarının müasir texnologiyalar barədə məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat verib.

"Juran" şirkətinin nümayəndəsi Avner Galili isə təmsil etdiyi şirkətin fəaliyyəti, kənd təsərrüfatında innovasiya sistemləri, yeni texnologiyaların tətbiqinə dair şirkətin təcrübəsi barədə təqdimatla çıxış edib.

Tədbirdə bu sahədə İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə dair fikir mübadiləsi aparılıb, yerli iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Azərbaycana səfəri çərçivəsində "Juran" şirkətinin nümayəndəsi Avner Galili kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən bir sıra müəssisələrdə tətbiq olunan texnologiyalarla da tanış olub.
 
HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL