waplog

“Azərkosmos” ASC aşağıorbitli peykin orbitə buraxılması üzrə hazırlıq işləri aparır


“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn tədbirlər planına əsasən, ölkəmizdə kosmik texnologiyaların geniş tətbiqi ilə təhlükəsizlik, elmi-tədqiqat, iqtisadi və digər məqsədlərlə yerin kosmosdan müşahidə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində yaxın illərdə yerin məsafədən zondlanması məqsədilə orta və yüksək ayırdetməli aşağı orbitli peyklərin istismara verilməsi nəzərdə tutulur.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC tərəfindən aşağıorbitli peykin imkanlarının ölkəmizdə istifadə istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılmışdır.

Məlum olmuşdur ki, ölkəmizdə, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və s. bu kimi bir sıra mühüm sahələrdə aşağıorbitli peykin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur. Bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti qurumlarla danışıqlar aparılmasına başlanılmışdır.

Hazırda bu istiqamətdə aparılan işlərin sürətləndirilməsi ilə məşğul olan “Azərkosmos” ASC tərəfindən aşağıorbitli peykin istehsalı, sığortalanması və orbitə çıxarılması üzrə işlərin yerinə yetirilməsi məqsədilə tender elan olunmuş, tenderdə iştirakla bağlı müxtəlif xarici şirkətlərə təkliflərin təqdim olunması üçün müvafiq sorğu və şərtlər toplusu göndərilmişdir. Hazırda aşağıorbitli peyk layihəsi ilə maraqlanan xarici şirkətlərlə danışıqlar aparılır, eyni zamanda yerli əməkdaşlıq imkanları araşdırılır.

Azərbaycanın ilk telekommunikasiya peykindən sonra ikinci peyki olacaq aşağıorbitli peykin 2013-cü ildə orbitə buraxılması planlaşdırılır.
   
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL