Azərbaycan-ABŞ arasında İKT üzrə müzakirələr aparılacaq
Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək. İclasa Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrlik edəcək.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
İclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL