Elektron kartlı körpələrin sayı 400 mini keçdi
Hazırda yeni doğulmuş körpələrə elektron “sağlamlıq kartı” Mərkəzə doğum evlərindən daxil olan informasiya əsasında verilir. Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Cəbrayıl Əsədzadənin bildirdiyinə görə, sistem elə qurulub ki, hər hansı doğum evində uşaq dünyaya gələn kimi dərhal bu barədə məlumat sözügedən Mərkəzə ötürülür. Yeni doğulmuş körpələr barədə məlumat elektron “sağlamlıq kartı”na daxil edilir. Daha sonra uşaq doğum evindən çıxan kimi onun “sağlamlıq kartı” qeydiyyatda olduğu poliklinikaya göndərilir. Yeni doğulmuş körpələrə verilən kartda uşağın sağlamlığı barədə bütün tibbi məlumatlar yer alır. Bu kart sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları barədə məlumat bankının yaradılmasını təmin edir.
Bu kartda olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, qan qrupu, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL