waplog

Azərbaycanda İKT xidmətlərinin həcmi 8 faiz artıb


Azərbaycanda birinci rübdə təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 789,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, birinci rübün yekunları üzrə sektorun artım tempi 8 faiz təşkil edib.

Birinci rübdə rabitə xidmətlərinin həcmi 210,7 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.

Məlumata görə, ümumi həcmin 72,7 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.
Bununla yanaşı, 65,1 faiz mobil rabitənin payına düşüb ki, bu da 2011-cu ildəki göstərici ilə müqayisədə 7 faiz artaraq 188,6 milyon manat təşkil edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL