waplog

“Oracle” və “Google” korporasiyaları qarşı-qarşıya gəldi


San-Fransiskoda "Google" və "Oracle" korporasiyaları arasında məhkəmə prosesi başlanıb. Sonuncu iddia edir ki, internet-nəhəng patentlənmiş texnologiyaların müəllif hüquqlarını pozub və həmin texnologiyalar "Android" platformasında istifadə edilir.

2010-cu ilin avqustunda verilmiş məhkəmə iddiasında qeyd edilib ki, "Google" şirkəti "Java" texnologiyası ilə  bağlı 7 patenti pozub. İddiaçı 1 milyard dollar həcmində kompensasiya tələb edir.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən  bildirir ki, "Oracle" korporasiyası qələbə   qazandığı halda əlavə istehsalçıları  öz məhsullarını "Android", "Mac OS", "Windows", "iPhone" və istənilən digər platforma üçün yenidən hazırlamalı və onları yeni lisenziya altında buraxmalı olacaqlar.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL