Cənubi Koreya həbsxanalarında robot-keşikçi sınaqdan keçirilir
Cənubi Koreyanın bir neçə həbsxanasında robot-keşikçi sınaqdan keçirilir. “Robo-guard” adlı robotun əsas vəzifəsi qaydaları pozmağa meyilli olan məhbusların olduğu həbsxana kameralarına nəzarət etməkdir.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Robo-guard” adlı robot kameralarda olanları qeyd edərək fasiləsiz olaraq dəhlizlərə nəzarət edir və mühafizə pultuna videosiqnal göndərir.
O, həmçinin, barmaqlıqlar arasından kameralara "baxa" və hazırlanmış xüsusi alqoritm vasitəsilə qaçış cəhdlərini, dustaq yoldaşlarının döyülməsi və s. müəyyən edə bilir. Keşikçilər robota quraşdırılmış səsucaldıcı və mikrofon vasitəsilə məhbuslarla birbaşa əlaqə saxlaya bilirlər.
“Robo-guard” adlı robot-keşikçinin sınaqları bir neçə ay davam edəcək və əgər uğurlu alınsa, belə robot-keşikçilərin kütləvi istehsalına başlanılacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL