waplog

Fazil Talıbov: ”Komitədə elektron sənəd dövriyyəsinin təmin edilməsi üçün təkliflərə baxılır”


“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanının 4-cü hissəsində verilən tapşırığın icrasına dair Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) bir sıra işlər görülüb.

Belə ki, qeyd olunan fərmanın 2-ci və 4-cü hissələrində nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə komitədə işçi qrupu yaradılıb və Tədbirlər Planı təsdiq edilib. Komitənin http://www.azstand.gov.az/ internet səhifəsində xüsusi yaradılmış “Elektron xidmətlər” bölməsində akkreditasiya və metrologiya üzrə elektron xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və sifariş nümunələri yerləşdirilib.

Yaradılmış e_xidmet@azstand.gov.az elektron poçt ünvanı vasitəsilə elektron xidmətlərlə bağlı müraciət və sifarişlər qəbul edilir və bu barədə təsdiqetmə bildirişinin göndərilməsi təmin edilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, qurumun rəsmi saytında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi çərçivəsində yaradılmış Azərbaycan Sorğu Mərkəzinin xidmətləri haqqında “Elektron xidmətlər” bölməsində məlumat yerləşdirilib.

Bundan başqa, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarına əsasən, komitəyə 11 adda elektron xidmətin təşkili tapşırılıb: ”Komitənin 30.12.2011-ci il tarixli, 203 nömrəli əmri ilə “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq, elektron xidmətlərin göstərilməsi üzrə məsul şəxslər təyin edilib.

Komitədə elektron sənəd dövriyyəsinin təmin edilməsi üçün ixtisaslaşmış şirkət tərəfindən təkliflər toplusu qəbul edilib və hazırda bu təkliflərə baxılması üzrə işlər aparılır. Bununla yanaşı, komitədə “Elektron Sənəd Dövriyyəsi” proqramının tətbiqi üçün tələb olunan maliyyə vəsaitinin qiymətləndirilməsi ilə bağlı 28.11.2011-ci il tarixli, 30-4/1040 nömrəli məktub Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib.

“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” respublika prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli fərmanı ilə əlaqədar olaraq, yeni strukturlar üzrə göstəriləcək elektron xidmətlərlə bağlı təkliflər hazırlanıb, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 11.04.2012-ci il tarixli, 30-4/381 nömrəli məktub göndərilib”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL