waplog

“Gomap.az”-ın genişləndirilmiş versiyası təqdim edilib


“SİNAM” şirkəti XI Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisində “Gomap.az”-ın genişləndirilmiş versiyasını təqdim edib. Sərgi 12-14 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilib. “Gomap”-ın Gürcüstanın xəritəsini də özündə birləşdirən yenilənmiş versiyası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi stendində təqdim edilib.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilib, onun keçirilməsinə, həmçinin, Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxrac və İnvestisiyalara Dəstək Fondu, Azərbaycan Respublikasının Sahibkar Təşkilatlarının Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası da dəstək verib.

Sərginin təşkilatçıları Britaniya şirkəti olan “ITE Group” və onun Qafqazdakı partnyoru “Iteca Caspian MMC” şirkətidir. 2012-ci il beynəlxalq sərgi və konfransların partnyorları isə AZAL şirkəti, rəsmi mehmanxanalar “Hilton Baku” və “Qafqaz Point Hotel”, rəsmi turizm operatoru “Greenwich Travel Club” hesab edilir. Sərginin sponsoru isə “SW Travel” (Azərbaycan) şirkətidir.

Sərgidə 32 ölkədən 200 şirkət iştirak edib. Həmçinin, Azərbaycandan, Bolqarıstandan, Gürcüstandan, Dağıstan Respublikasından, Hindistandan, Kiprdən, Krımdan, Litvadan, Malayziyadan, Sloveniyadan, Türkiyədən, Çexiyadan, BƏƏ-dən (Dubay), Stavropoldan, Xorvatiyadan 15 milli və regional ekspozisiya təqdim edilib.  Milli stendlərin nümayişi işgüzar və mədəni proqramlardan ibarət olub.

Ekzotik istiqamətləri təqdim edən Mavrikiy, Malayziya, Seyşel adaları, Tayland və s. kimi ölkələrin iştirakı sərginin ənənəsinə çevrilib.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL