waplog

KİV-ə dəstək fondunda informasiya texnologiyaları üzrə mütəxəssis ştatı yaradıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, yeni ştat cədvəli və işçilərinin say həddi müəyyənləşib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti qərar verib.

Fondun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında Nazirlər Kabinetinin 2009-cu il 11 iyun tarixli 91 nömrəli qərarında "6 (altı)" rəqəmi və sözü "10 (on)" rəqəmi və sözü ilə əvəz edilsin. Dəyişiklikdən sonra fondda informasiya texnologiyaları üzrə bir mütəxəssis ştatı yaradılıb.

Məlumat üçün bildirək ki, fondun xərclər smetasına Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramların, layihələrin və digər tədbirlərin maliyyələşdirilməsi və digər xərclər daxildir.

SEYMUR
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL