İlin sonuna qədər şəhər və rayonlarda vergi ödəyiciləri üçün 6 elektron xidmət mərkəzi də istifadəyə veriləcək
Vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən şəhərlərdə, xüsusilə vergi orqanı olmayan şəhər və rayon mərkəzlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması davam etdirilir.
Hazırda respublikamızda müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 33 belə xidmət mərkəzi fəaliyyət göstərir. Bu ilin sonuna qədər isə şəhər və rayonlarda daha 6 belə mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, növbəti belə mərkəz - Qax şəhərində 13 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri üçün istifadəyə verilib.
Qeyd edək ki, “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmana əsasən yaradılan və sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir.
Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL