waplog

Məşhur sərt disk istehsalçısının mənfəəti 2 dəfə artıb


Amerikanın sərt disk istehsalçısı "Seagate" şirkəti 2012-ci ilin 3-cü maliyyə rübü üzrə hesabat verib.
"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən  bildirir ki, hesabat dövründə "Seagate" şirkətinin xalis mənfəəti 1,14 milyard dollar və ya 1 səhmə 2,48 dollar təşkil edib.

Şirkətin satış həcmi 4,45 milyard dollara bərabər olub. Məlumat üçün bildirim ki, 1 il əvvəl bu göstərici 2,7 milyard dollar təşkil edib. Sərt disk istehsalçısının əməliyyat mənfəəti 1 səhmə 2,64 dollar olub.

"Seagate" şirkətinin icraçı direktoru Stiv Lusonun (Steve Luczo) sözlərinə görə, sərt disk bazarı əvvəlki vəziyyətini bərpa edir. Məhz buna görə də  şirkətin maliyyə nəticələri müsbətdir.Şirkət üçüncü maliyyə ilində bazara 61 milyon sərt disk tədarük edib və onun bazar payı 43 faiz təşkil edib.
 



EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL