waplog

“Samsung” smartfon istehsalına görə “Microsoft”a pul ödəyəcək


“Microsoft” “Samsung” şirkətindən “Android” platformasında olan qurğuları istehsal etmək üçün kompensasiya tələb edib. “Android” əməliyyat sistemində Amerika korporasiyasının patentlənmiş məhsulları istifadə olunur.
“Microsoft” “Samsung” şirkətindən “Android” platformasında hər satılan qurğu üçün 15 dollar almağı nəzərdə tutub. Yayılan bu məlumatı nə “Microsoft”, nə də “Samsung” rəsmən təsdiq etməyib.
Qeyri-rəsmi mənbələr bildirib ki, “Samsung” “Microsoft” şərtlərini qəbul edəcək, amma korporasiyadan məbləği 10 dollara qədər azaltmağı xahiş edəcək. Endirimə əvəz olaraq Cənubi Koreya şirkəti “Windows Phone 7” mobil platforması ilə əlaqədar “Microsoft” şirkəti ilə əməkdaşlığı genişləndirəcək.
Xatırladaq ki, 2010-cu ilin aprel ayında “Microsoft” HTC şirkəti ilə analojı razılaşma bağlayıb. Onun şərtlərinə görə, HTC “Android” platformasında olan hər satılan qurğu üçün 5 dollar “Microsoft şirkətinə verir.
“Samsung” mobil aparatların istehsal həcminə görə “Nokia” şirkətindən sonra dünyada ikinci yeri tutur. 2011-ci ilin aprelindən iyun ayına kimi təxminən 19 milyon “Samsung” telefonu satılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL