Regionlarda elektron vergi ödənişləri ilə bağlı təbliğat aparılır
Qaxda daha bir Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub. “İCTnews” elektron xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumata görə, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 33 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir və cari ildə daha 7 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur.
Xidmət mərkəzlərində vətəndaşlara, vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstərilir, müraciət edənlərə büdcəyə olan borclarının öyrənilməsi və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılır. Burada, həmçinin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün təlimlər də keçirilir.
Onu da bildirək ki, Zaqatala və Gəncədə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə vergi ödəyiciləri ilə görüşlər keçirilib. Görüşlərdə “Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlığının təmin olunması layihəsi” haqqında tədbir iştirakçılarına məlumat verilib.
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev vergi sistemində aparılan struktur islahatları, səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sisteminin təşkili, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə danışıb.
Qeyd olunub ki, güclü nəzarət həyata keçirən vergi inzibatçılığının formalaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sisteminin yaradılması, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin qurulması Vergilər Nazirliyinin əldə etdiyi uğurlu nəticələrdən hesab oluna bilər.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”nın yerinə yetirilmə vəziyyəti, vergi sistemində tətbiq olunan elektron xidmətlərin spektrinin genişlənməsi - elektron ödəniş sisteminin, bəyannamələrin əvvəlcədən doldurulması sisteminin yaradılması və universal telefon məlumat xidmətinin yaradılması, vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılacağı, bütün ərizələrin və bəyannamələrin BTP (bəyannamə tərtibi proqramı) proqramından istifadə etmədən onlayn rejimdə göndərilməsi imkanları haqqında görüş iştirakçılarına məlumat verib.
Görüşlərdə yerli vergi ödəyicilərini və sahibkarların ictimai təşkilatlarının nümayəndələrini maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL