Yerli bank kreditlərin telefon vasitəsi ilə ödənilməsi xidmətini istifadəyə verib
“AccessBank” kredit borclarının telefon vasitəsi ilə ödənilməsi xidmətini təqdim edib.Bankdan verilən məlumata görə, bu xidmət vasitəsi ilə kredit müştəriləri filiala gəlmədən bir neçə dəqiqə ərzində, sadəcə, bankın ümumi zəng mərkəzinə *0151 nömrəsinə zəng vurmaqla, öz kreditlərini ödəyə bilərlər.
Kreditin tam və ya qismən ödənilməsini həyata keçirmək üçün “AccessBank” plastik kartının mövcudluğu tələb olunur. Bu xidmət bankın müştərilərinə öz vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə kömək edəcək və hər bir ödəniş zamanı filiala gəlmək zərurətini aradan qaldıracaq.
“AccessBank”-ın Baş meneceri Andrev Pospielovsky bu yeni xidməti şərh edərək deyib: «AccessBank” göstərdiyi xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışır. Krediti telefonla ödəmək imkanı bizim müştərilərimizə vaxta qənaət etməkdə kömək edəcək».
Bu xidmət haqqında ətraflı məlumatı, *0151 nömrəsi ilə Ümumi Zəng Mərkəzi ilə əlaqə saxlamaqla, bankın rəsmi saytına və ya “Facebook” səhifəsinə daxil olmaqla, yaxud da “AccessBank”-ın istənilən filialına gəlməklə əldə etmək olar.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL