“Apple” şirkətinin planşet bazarındakı payı azalacaq?
“Windows 8” və “Windows RT” əməliyyat sistemləri ilə işləyəcək planşet kompyuterləri hazırlanır. “Microsoft” və “İntel” korporasiyaları hesab edir ki, bunun nəticəsində “iPad”ın planşet bazarındakı payı 2013-cü ilədək 50%-dən aşağı düşə bilər. Hazırda “iPad” planşet kompyuterlərinin bu seqmentdəki payı 70% təşkil edir.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin sonunadək “Windows 8” əməliyyat sistemi əsasında təxminən 32 planşet istehsal ediləcək.
Planşetləri “HP”, “Dell”, “Lenovo”, “Acer”, “ASUS” və “Toshiba” kimi tanınmış brendlər istehsal edəcək.“Windows 8” əməliyyat sisteminin 2012-ci ilin payızında istehsal ediləcəyi gözlənilir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL