140000 “Mac” kompyuteri virusa yoluxub
Bir neçə həftə bundan əvvəl “Mac OS X” əməliyyat sistemi ilə işləyən fərdi kompyuterlərə irimiqyaslı hücum edilmişdi. “Flashback” adlı ziyanverici kod sistemə “Java” texnologiyasında aşkar edilmiş boşluq vasitəsilə “daxil olurdu”.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin əməkdaşları edilmiş hücuma ani reaksiya veriblər və bir neçə gündən sonra xüsusi utilit təqdim ediblər. Bu utilit boşluğu aradan qaldırır və ziyanverici proqram təminatını kompyuterdən silir. Bununla belə, “Symantec” şirkətində çalışan analitiklərin məlumatına görə, hazırda da əvvəlki kimi təxminən 140000 kompyuter “Flashback” virusuna yoluxub.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL