waplog

“Apple”-ın baş direktoru və hakerlər ən nüfuzlu insanların siyahısına düşüblər


“Time” jurnalı dünyanın 100 ən nüfuzlu insanı ilə bağlı illik siyahını dərc edib. Qeyd edim ki, “TOP-100” reytinqindəki yerlər nömrələnməyib. Bu dəfə siyahıda “Apple” şirkətinin baş direktoru Tim Kuku və hətta “Anonymous” haker qruplaşmasını da görmək mümkündür.

"Apple” korporasiyasına Stiv Cobsdan sonra rəhbərlik etmək kimi daha çətin sınaq təsəvvür etmək mümkün deyil. Bununla belə sadə və sakit Tim Kuk öz şansını əldən vermədi" – ABŞ-ın keçmiş vitse-prezidenti və “Apple” korporasiyasının Direktorlar şurasının üzvü Albert Qor “Time” jurnalına  bildirib. Onun sözlərinə görə, Tim Kuk korporasiyanı yeni zirvələrə doğru aparır.

“Time” jurnalı dünyanın ən nüfuzlu insanları reytinqində “Anonymous”  haker qruplaşmasını da yerləşdirib.
Siyahıda, həmçinin, Bencamin Franklin haqqında bioqrafiyanın müəllifi Uolter Ayzekson, Albert Eynşteyn və Stiv Cobs da yer alıb.



 
EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL