Azərbaycan “Caspian Telecoms 2012” sərgisində təmsil olunur
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti aprelin 19-dan etibarən İstanbulda başlayan "Caspian Telecoms 2012" adlı ikigünlük regional konfrans-sərgidə iştirak edir.
Son illər ərzində tədbir davamlı şəkildə genişlənməklə Xəzər regionu, MDB ölkələri, Türkiyə və Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum kimi şöhrət tapıb.
Konfrans çərçivəsində Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və regionun digər ölkələrini təmsil edən rəsmi nümayəndə heyətləri regional əməkdaşlıq və sosial-iqtisadi inkişafın aktual məsələlərini və potensial imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
Tədbirin müzakirə və məruzələri rabitə siyasəti, perspektiv texnologiyalar və qabaqcıl texnologiyaların tətbiqi məsələlərini əhatə edəcək.
Azərbaycan təmsilçiləri konfransda ölkənin bölgələrində rabitə və informasiya texnologiyalarının inkişafı, genişzolaqlı internet xidmətlərinin kütləvi tətbiqi haqqında məruzə ilə çıxış edəcəklər, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsindən söhbət açacaqlar.
Konfransa rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı, avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə qurumları və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL