waplog

“Hannover 2012” başlayır


23-27 aprel tarixlərində Almaniyanın Hannover şəhərində paralel olaraq “Hannover Messe 2012”, “DIGITAL FACTORY 2012” və “INDUSTRIAL AUTOMATION - HANNOVER 2012” sərgiləri təşkil olunacaq. 

“Hannover Messe 2012” sərginin ekspozisiyası rabitə və informasiya texnologiyaları, energetika və maşınqayırma məhsullarından ibarət olacaq. Ötən il sərginin sahəsi 292 700 kv.m, iştirakçıların sayı - 65 ölkədən 6 500 eksponent,  sərgi ziyarətçilərinin sayı 90 ölkədən 228 476 nəfər təşkil edib.

“DIGITAL FACTORY 2012” sərgisi internet, müxtəlif kompyuter modelləri, avtomatlaşdırılmış sənaye prosesləri və yeni texnologiyaların hazırlanması bölmələrini əhatə edir.

“INDUSTRIAL AUTOMATION - HANNOVER 2012” sərgisinin ekspozisiyasını sənayeni tənzimləyən qurğular, fərdi kompyuterlər və noutbuklar, süni intellekt və avtomatlaşdırılmış sənaye prosesləri təşkil edir.
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL