“Microsoft” korporasiyasının xalis mənfəəti 2 faiz azalıb
"Microsoft" korporasiyasının 2012-ci maliyyə ilinin üçüncü rübü üzrə xalis mənfəəti 5,11 milyard dollara bərabər olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 2 faiz aşağıdır.
"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, hesabat rübündə korporasiyanın mədaxili 6 faiz artaraq 17,41 milyard dollar təşkil edib.
"Biz yaxşı məhsullar istehsal etməyə çalışırıq və eyni zamanda sabit maliyyə nəticələri göstəririk. "Windows 8" əməliyyat sisteminin fərdi kompyuter və planşetlər üçün versiyasını, "Office" paketinin növbəti versiyasını və bir sıra digər məhsul və xidmətləri istifadəyə verdikdən sonra biz korporativ və şəxsi müştərilər üçün əhəmiyyətimizi sübut etməyə davam edəcəyik" - "Microsoft" korporasiyasının baş direktoru Stiv Balmer qeyd edib.Qeyd edim ki, şirkətin "Windows 8" platformasının yeni versiyası ilə bağlı planları böyükdür.
"Microsoft" korporasiyası bu platformanı istifadəçilərin ixtiyarına verdikdən sonra mobil bazardakı rəqiblərini sıxışdırmağı və eyni zamanda ənənəvi gəlir mənbəyi olan fərdi kompyuter seqmentindəki mövqeyini itirməməyi hesablayır. "Windows 8" əməliyyat sisteminin final versiyasının 2012-ci ilin sonuna yaxın təqdim ediləcəyi gözlənilir.
Korporasiyanın server bölməsindəki satışlar 14 faiz artaraq 4.57 milyard dollar təşkil edib. Onlayn xidmətlər bölməsində mənfəət 6 faiz artaraq 707 milyon dollara bərabər olub.
Məlumat üçün bildirim ki, "Microsoft" korporasiyasının əsası 1975-ci ildə qoyulub. Onun qərargahı Redmond (ABŞ, Vaşinqton ştatı) şəhərindədir. Şirkət hesablama texnikası üçün proqram təminatı, həmçinin, fərdi kompyuterlər üçün aksessuarlar hazırlayır. Korporasiyanın kapitalizasiya dəyəri 260,2 milyard dollar təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL