waplog

Noutbukların tədarük həcmi 55 milyona çatacaq


“Digitimes Research”ın proqnozuna görə, 2012-ci ilin ikinci rübündə noutbukların tədarük həcmi 55 milyona çatacaq. Mütəxəssislərin hesablamalarına görə, 2012-ci ilin birinci rübü və 2011-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici müvafiq olaraq 17,6 və 9,6 faiz artacaq.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “Hewlett-Packard” (HP) şirkəti əvvəlki kimi ən böyük noutbuk tədarükçüsü olaraq qalacaq. “HP” şirkətinin 10 milyon noutbuk tədarük edəcəyi gözlənilir.

Sonrakı yerlərdə “Lenova” (8.4 milyon) və “Acer” (7,4 milyon) şirkətləri yerləşəcəklər. Aparıcı istehsalçılar arasında, həmçinin, “Asustek Computer”, “Dell”, “Toshiba”, “Apple” və “Samsung” şirkətləri də olacaq.Proqnozlara görə, 2012-ci ildə isə bazara 236 milyon noutbuk tədarük ediləcək.
 
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL