İşə qəbul olmaq üçün elektron formada müraciət etmək lazımdır
“Azərsu” ASC-yə işə qəbul ilə əlaqədar müraciətlər elektron qaydada həyata keçirilir. ASC-də ixtisas və peşəsinə uyğun vakansiyalar üzrə müsabiqədə iştirak etmək istəyənlər “www.azersu.az” veb-səhifəsinin “İnsan Resursları” bölməsinə daxil olub şəxsi məlumatlarını orada göstərilən elektron ünvana göndərməlidir.
“Azərsu”dan verilən məlumata görə, bu ilin birinci rübündə 4100-dən artıq namizədin elektron müraciəti qəbul olunaraq ilkin təhlil mərhələsindən keçirilib. Müraciət edənlərin 620 nəfəri test mərhələsinə dəvət olunub və onların 57 nəfəri işə qəbul edilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL