Yapon alimləri arıqlamaq üçün xüsusi eynək ixtira ediblər
Tokio Universitetində çalışan yapon alimləri arıqlamaq üçün xüsusi eynək hazırlayıblar.
“İCTnews.az” elektron xəbər xidməti “ru.tsn.ua” saytına istinadən bildirir ki, professor Miçitako Xirose və onun komandası tərəfindən ixtira edilmiş eynək insanın yediyi qidanı vizual olaraq təxminən 50 faiz böyük və ya kiçik göstərir. Bununla belə insanın ətrafında olanlar və əlləri normal ölçüdə görünür.
Bu üsul vasitəsilə arıqlamaq istəyənlərin az qida qəbul edəcəyi və bu yolla arıqlayacağı güman edilir.
Alimlər qeyd ediblər ki, aparat işləyir. Belə ki, sınaqdan keçirilən və eynəyi taxmış insanlar təsvirin 50 faiz böyüdülməsi halında 9.3 faiz daha az peçenye yeyiblər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL