waplog

“Texnologiya sahəsi üzrə minilliyin mükafatı” namizədləri məlum olub


Linus Torvalds “Texnologiya sahəsi üzrə minilliyin mükafatı” (Millennium Technology Prize 2012) namizədləri sırasına düşüb. Bu barədə mükafatın təsisçisi olan Finlandiyanın Texnologiya Akademiyasının press-relizində qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, 2012-ci ildə mükafat üçün iki insanın namizədliyi irəli sürülüb. İkinci iddiaçı  yapon alimi Sinya Yamanakadır.

Məlumat üçün qeyd edim ki, Linus Torvalds “Linux” nüvəsini yaratdığına görə “Texnologiya sahəsi üzrə minilliyin mükafatı”na namizəd kimi irəli sürülüb.

“Minillik Mükafat”ın sahibi 2012-ci il iyunun 13-də Helsinkidə keçiriləcək təntənəli mərasimdə elan ediləcək. Mükafatın dəyəri 1 milyon avrodan çoxdur. Ənənəyə uyğun olaraq, mükafatı Finlandiyanın hazırkı prezidenti təqdim edəcək.

“Millennium Technology Prize” mükafatı hər iki ildən bir verilir. Qaydalara  əsasən, mükafat insanların yaşayış keyfiyyətini dəyişdirmiş, həmçinin, bu və ya digər sahədə gələcək tədqiqatlar üçün təkan vermiş nailiyyətlərə görə verilir. 2006-cı ildə “WWW” texnologiyasının yaradıcısı Tim Berners Li, 2008-ci ildə biotexnoloq Robert Lanqer, 2010-cu ildə yeni nəsil günəş batareyalarının istehsalçısı Mixail Qretselyu bu mükafata layiq görülüblər.

EMİL 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL