“Samsung” “Apple”-ə rəqib olmağa hazırlaşır
“Samsung Electronics” şirkəti 2012-ci il mayın 3-də Londonda keçiriləcək tədbirdə üçüncü nəsil “Galaxy S” smartfonunu təqdim edəcək. Bu barədə məlumat bir neçə gün əvvəl verilib.
“SlashGear” portalı isə bildirib ki, tədbirdə, həmçinin, “Apple” korporasiyasının “iCloud” xidməti ilə rəqabət aparacaq yeni xidmətin təqdimatı olacaq. Yeni “bulud” xidməti “S-Cloud” adlanacaq. “S-Cloud” xidmətini "alma" rəqibindən fərqləndirəcək əsas xüsusiyyət istənilən tip məzmunu saxlamaq imkanı olacaq.
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkəti hər bir istifadəçiyə 5 QB disk sahəsi ayıracaq.
Film, musiqi kompozisiyaları, foto və digər rəqəmli informasiyaya noutbuk, stolüstü kompyuter, planşet və smartfondan giriş əldə etmək mümkün olacaq. Amerikanın “Microsoft” korporasiyası “Samsung” şirkətinin partnyoru olacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL