waplog

Telekommunikasiya tarifləri aşağı düşüb


Cari ilin mart ayında nəqliyyat və poçt tarifləri  indeksi fevral ayına nisbətən 100,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən 97,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, telekommunikasiya tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, keçən ilin yanvar-mart aylarına nisbətən isə 4,8 faiz aşağı düşüb.

Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 kilometr məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1 faiz, ixrac üzrə 9,6 faiz, tranzit yüklərin daşınması üzrə 4,6 faiz bahalaşmış, yerli əlaqə üzrə isə 11,3 faiz ucuzlaşmışdır. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,9 faiz ucuzlaşma müşahidə olunmub.

Dəniz nəqliyyatı vasitəsilə və avtomobil nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamış, ay ərzində poçt tarifləri dəyişməz olaraq qalıb.

Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5 və 1,5 faiz, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7 faiz  ucuzlaşıb.Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 0,2 faiz bahalaşıb.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL