Vergilərin elektron formada ödənilməsi üçün beynəlxalq təcrübə əsasında işlər aparılır
Azərbaycanın vergi sistemində beynəlxalq təcrübəyə uyğunlaşdırılmış növbəti yeniliyin reallaşdırılması gözlənlir. Belə ki, ABŞ-da tətbiq olunan vergi ödənişlərinin elektron federal sistemi, o cümlədən “Call Centre” vasitəsilə vergilərin ödənilməsi haqqında təcrübə öyrənilib.
Hazırda ona uyğun olaraq, vergilərin elektron formada ödənilməsi və e-ödənişlərin tətbiqini reallaşdırmaq üçün işlər aparılır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ödəyicilərin fəaliyyət növünün dəyişdirilməsi və ya dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsi üzərində də işlər gedir: ”Elektron xidmətlərin genişləndirilməsi istiqamətində aparılan tədbirlərdən biri kimi, 2012-ci ildən yerli investisiyalı hüquqi şəxslərin e-qeydiyyatına başlanılıb, təqdim olunan elektron xidmətlərin siyahısı genişlənib. “Twitter” sosial şəbəkəsində nazirliyin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Bundan başqa, 2012-ci ilin fevral ayından respublikanın regionlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması və vergi ödəyicilərinin istifadəsinə verilməsi, həmin mərkəzlərin funksiyalarının və göstərilən xidmətlərin çeşidlərinin genişləndirilməsi, orada çalışan işçilərin peşəkarlıq səviyyələrinin artırılmasına dair müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Xidmət terminallarının xidmət mərkəzlərinə çevrilməsi ilə ödəyicilər vergi orqanları tərəfindən göstərilən bütün xidmətlərdən xidmət mərkəzlərində də yararlana biləcəklər. Hazırda vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin internet vasitəsilə təqdim edilməsi ilə bağlı aparılan işlərin bu il ərzində tam başa çatdırılması nəzərdə tutulur”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL