Sürücü müdaxilə etmədən avtomobil hərəkət edəcək
“General Motors” (GM) konserni bildirib ki, onun “Cadillac” brendi yeni “Super Cruise” adlı texnologiya hazırlayır. Bu texnologiya sayəsində avtomobil sürücünün müdaxiləsi olmadan hərəkət edəcək.
Texnologiya texniki cəhətdən “Google” şirkətinin avtomatik hərəkət edən avtomobilini xatırladır, lakin ondan fərqli olaraq, “Cadillac” texnologiyanın kommersiyalaşması üzrə konkret planlara malikdir. “GM” konserninin verdiyi məlumata əsasən, avtomobillər yeni texnologiya ilə 3 ildən sonra təchiz ediləcək.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Super Cruise” texnologiyası ilə təchiz edilmiş avtomobil müstəqil olaraq sürət yığmaq, dayanmaq və s. kimi imkanlara malik olacaq.
Lakin şirkətin bəyanatında qeyd edilib ki, “Super Cruise” texnologiyası yalnız mükəmməl hava şəraitində işləyəcək, çünki güclü yağış və ya duman yol nişanları üzrə hərəkət etmədə çətinlik yarada bilər. Sistem, həmçinin qar şəraitində işləməyəcək, çünki bu zaman yol nişanları görsənmir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL