waplog

Təhsil Nazirliyi elektron məlumat bazasını təhvil verəcək


Təhsil Nazirliyi ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığı və elektron məlumat bazasını on beş gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təhvil verəcək.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, təhvil işlərinin təmin edilməsi respublika prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanına əsasən həyata keçiriləcək.

Belə ki, sözügedən fərmanla “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bundan sonra, ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi TQDK-ya həvalə olunur.

Eyni zamanda, TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək.





HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL