Təhlükə hələ də qalır
Ağsu aşırımında və Samaxı rayonunun Muğanlı kəndindəki sürüşmə zonasında vəziyyət gərgin olaraq qalıb. Təhlükə TAE (Trans Asia Evropa) Fiber Optik kabel xəttinin Bakı-Qazax seqmentinin ərazidən keçən hissəsini addım-addım izləyir.
Avropa ilə Asiyanı birləşdirən sözügedən kabel xəttində hər hansı problemin yaşanmaması üçün "Aztelekom"İB ərazini daim nəzarətdə saxlayır. Bu məqsədlə birliyin rəhbərliyi ərazini nəzarətə götürüb. Müvafiq əmrlə təhlükəsizlik briqadası hazırlıq vəziyyətinə gətirilib.
Ayrı-ayrı qruplardan ibarət növbətçi dəstələr yaradılıb. Hər an baş verə biləcək təhlükənin qarşısının alınması əvvəlcədən planlaşdırılıb. "Rabitə dünyası"nın ərazidə olan müxbirinin verdiyi məlumata görə, ərazinin geoloji quruluşunun mürəkkəb olması amili əvvəlcədən nəzərə alındığından yeraltı kabel xəttinə alternativ hava rabitə xəttinin çəkilməsi alternativ rabitə problemini həll edib.
Ərazidə olan rabitəçilərin bildirdiyinə görə, yeraltı kabeldə problemin yaşanmaması üçün bəzi ərazilərdə kabellər yerin üzərinə çıxarılıb. Sürüşmə regionunun digər ərazilərində də real təhlükənin yaşanmaması üçün uyğun tədbirlər həyata keçirilir. Qobustan rayonu ərazisində də sürüşmə baş verib. Nəticədə Bakı-Qazax fiber-optik kabel xəttinin rayondan keçən hissəsində problemlər yaşanıb.
Bu məqsədlə ərazidə 650 metr məsafədə alternativ optik kabel xətti çəkilib. Bu, real təhlükə anında rabitənin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Hazırda ərazi nəzarət altındadır. Sürüşmə zonasında aktivlik müşahidə edilməyib. Qeyd edək ki, sürüşmə əsasən yaz aylarında intensiv xarakter alır ki, bu da yağışlar mövsümünün başlanmasına paraleldir. Bununla əlaqədar olaraq operativlik daha da artırılıb.
Məlumat üçün bildirək ki, Ağsu aşırımında və Muğanlı kəndində baş verən təbii fəlakət nəticəsində bağlanan avtomobil yolu yalnız minik avtomobilləri üçün açılıb.Ərazidə olarkən bunun bir daha şahidi olduq. Sürüşmə zonalarında bir avtomobilin keçə biləcəyi qədər yollar avtomobillərin istifadəsindədir.
Bununla əlaqədar "Azəryolservis"ASC tədbirlərə başlayıb. Tikinti zamanı ərazidən keçən optik kabellərin zədələnməməsi üçün "Aztelekom"İB mövcud kabellərin keçdiyi ərazilərlə bağlı yol işçilərinə xəbərdarlıq edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL