waplog

Qobustan TKQ üçün yeni inzibati bina tikiləcək


"Aztelekom"İB  vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlayıb. Birliyin baş direktoru Məhəmməd Məmmədov "İCTnews" elektron xəbər xidmətinə  açıqlamasında bildirib ki, burada söhbət müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə yanaşı, inzibati binaların estetik vəziyyətə gətirilməsi, abunə şöbələrinin müasirləşdirilməsinə qədər işlərdən gedir.
"Birlik bütün ölkə üzrə yaşayış məntəqələrini elektron stansiyalarla təmin etməklə müasir rabitə sistemi yaradıb".

Baş direktor bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Tovuz, Ucar, Ağstafa, Qusar, Quba və Şabran telekommunikasiya qovşaqlarının (TKQ) inzibati binalarında əsaslı təmir işləri aparılmış və binalar müasir üslubda yenidən qurularaq istifadəyə verilib. Onun bildirdiyinə görə, yaxın vaxtlarda Qobustan TKQ üçün yeni inzibati binanın tikintisinə başlanılacaq. İndiyədək TKQ-nın binası müasir tələblərə cavab verməyib.

Burada abunə şöbəsi də o qədər qənaətbəxş olmadığından qobustanlılara daha keyfiyyətli, daha müasir xidmət göstərmək üçün yeni inzibati binanın tikintisinə başlanılacaq. İnzibati bina Qobustan Poçt filialının inzibati binası ilə yanaşı olmaqla ən müasir standartlara cavab verən şəkildə inşa olunacaq.

Binada işçi personalının rahat işləməsi üçün otaqlar, elektron ATS və digər köməkçi avadanlıqlar yerləşəcək. Bundan başqa binanın həyətində yerləşən mövcud inzibati bina sökülərək, yerində abadlıq işləri aparılaraq müasir park salınacaq ki, bu da ümumi gözəlliklərlə ansambl təşkil edəcək.

Qeyd edək ki, Qobustanda bütün kənd EATS-lərinin birləşdirici xətlərinin optik kabellərlə təmin edilməsi istiqamətində layihəyə start verilir. Hazırda rayon üzrə 120 genişzolaqlı internet istifadəçisi var.Yaxın günlərdə Təklə kəndində ADSL portları qurulacaq.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL