Azərbaycan və Fransa arasında İKT üzrə növbəti biznes forum keçiriləcək
"BakuTel 2011" 17-ci Beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində informasiya-kommunikasiya texnologiyaları üzrə Azərbaycan-Fransa biznes forumunun keçiriləcəyi gözlənilir.
Bakıda sayca ikinci olan Azərbaycan-Fransa biznes forumunun keçirilməsi nazir Əli Abbasovun Fransaya səfəri çərçivəsində təsdiqlənib. İki ölkənin İKT sektorunun nümayəndələri informasiya texnologiyaları sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər ki, bu da iki ölkənin həmin sahədə münasibətlərini dərinləşdirəcək və əməkdaşlıq üçün yeni perspektivlər açacaq.
"BakuTel 2011" telekommunikasiya sərgisi noyabrın 23-26-da keçiriləcək. Xəzər və Qafqaz regionlarında ən iri telekommunikasiya sərgisi olan "BakuTel" bu bazarlarda biznesin irəliləməsi üçün imkan yaradır. Mövcud olduğu dövrdə sərgi İKT-nin illik forumuna çevrilib. Onun vasitəsilə İKT bazarında yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq edilir, möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL