waplog

“Philips” şirkətinin xalis mənfəəti artıb


Hollandiyanın “Royal Philips Electronics NV” (ticarət brendi “Philips”dir) şirkəti 2012-ci ilin birinci rübünə dair nəticələri elan edib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “Philips” şirkəti tərəfindən dərc edilmiş məlumatlara görə, şirkətin  mənfəəti 552 milyon avro təşkil edib. Şirkətin satış həcmi 5,25 milyard avrodan 5,6 milyard avroya qədər artıb. “Philips” şirkətinin xalis mənfəəti  2012-ci ilin birinci rübündə 248 milyon avroya bərabər olub.

Məlumat üçün bildirim ki, şirkətin baş direktoru Frans van Houtendir (Frans van Houten). O, artıq 1 ildir ki şirkətdə çalışır və bu müddət ərzində əməliyyat xərclərinin azaldılması üçün nəzərdə tutulmuş bir sıra addımlar atıb.
 




EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL