Arif Vəliyev: «Əmək hesabatları 100 faiz elektronlaşdırılıb»
«Elektron hökumətlə bağlı öz üzərimizə düşən bütün işləri görmüşük. Bizim saytımızda elektron xidmətlər, hesabatların elektron qaydada təqdimi və sair ilə bağlı lazım olan işlərin hamısı həyata keçirilib».
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev söyləyib. DSK sədri qurumda artıq əmək hesabatlarının 100 faiz elektronlaşdırıldığını deyib.
O əlavə edib ki, bu ilin sonuna kimi bütün iri və orta müəssisələrin hesabatları da onlayn sistemi ilə alınacaq: «Bu istiqamətdə çoxlu işlər görülür. Artıq lazım deyil ki, hesabatları blanklarda, kağızda yazıb təqdim etsinlər. Yəni artıq kimin internetə çıxışı varsa, onlar hesabatları onlayn qaydada göndərə bilərlər».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL