Qəbələdə böyük dairəvi rabitə sistemi yaradılır
Qəbələnin bütün kəndlərində müasir rabitə şəbəkəsi yaradılır. Bununla da rayonun bütün kəndlərində keyfiyyətli rabitə xidməti ilə yanaşı, əhalinin müasir multimedia xidmətlərinə çıxış imkanları təmin edilir. Rayon Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyev bildirib ki, RİTN “Aztelekom” İB-nin dəstəyi ilə Qəbələ rabitəsi optik şəbəkə əsasında qurulur.
Respublikada ilk dəfə olaraq kənd şəbəkəsinin tamamilə elektronlaşdırılması ilə qovşaq ən böyük layihəni reallaşdırmaqda israrlıdır. Müasir texnologiya əsasında tamamilə yenidən qurulan rayon rabitəsinin inkişafının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binası analoqu olmayan texnologiyalarla təchiz edilib.
Belə ki, respublikada ilk dəfə olaraq Qəbələ İcra Hakimiyyətinin inzibati binasında müasir texnologiyaların tətbiqi ilə idarəetmə məntəqəsi də fəaliyyətə başlayıb. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yüksək dəyərləndirilən və ilk dəfə olaraq Qəbələdə tətbiq edilən rayon mərkəzi ilə kəndlər arasında videokonfrans rabitəsi təcrübəsi gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.
Kəndlərdə internet xidməti
Rayonda müasir rabitə şəbəkəsinin əsasının rayon rabitəsinin Ağdaş istiqamətində TAE xəttinə qoşulması ilə qoyulduğunu bildirən Ş.Tağıyev hazırda Hacallı kənd EATS-nin 8 kəndi, Zalam kənd EATS-nin 6 kəndi, Aydınqışlaq kənd EATS-nin 1 kəndi, Zarağan kənd EATS-nin 2 kəndi, Nic kənd EATS-nin 2 kəndi, Mıxlıqovaq kənd EATS-nin 4 kəndi, Cığatelli kənd EATS-nin 2 kəndi, Bum kənd EATS-nin 1 kəndi, Vəndam kənd EATS-nin 2 kəndi, Böyük Pirəlli kənd EATS-nin 3 kəndi əhatə etməklə 31 kənddə ADSL şəbəkəsinin mövcud olduğunu qeyd edərək kənd sakinlərinin yüksək keyfiyyətli internet xidmətləri ilə təmin olunduğunu deyib.
Onun sözlərinə görə, hazırda “Aztelekom”İB-nin dəstəyi ilə regionlarda internetin inkişaf konsepsiyasına uyğun olaraq Əmirvan, Bılığ, Çuxur Qəbələ, Dızaxlı, Quşalar, Nic, Mıxlıqovaq, Vəndam, Bununt, Nohurqışlaq, Tüntül, Bayramkoxa və Mirzəbəyli kəndləri olmaqla hazırda rayon ərazisində bir neçə istiqamətdə optik xətlərin çəkilişi həyata keçirilir.
Çox gərgin iş bahasına həyata keçirilən layihənin ardı olaraq artıq 52 kilometr bir məsafədə kəndlər istiqamətində optik kabel xətləri çəkilir. Rayon üzrə bütün kəndlərin optikləşdirilməsinin təmin edilməsi məqsədilə daha 50 kilometr bir məsafədə optik kabel xətləri çəkilməklə ümumilikdə layihə 106 kilometrlik bir məsafəni əhatə edir.
Böyük dairəvi rabitə
Qəbələdə kənd şəbəkəsinin birləşdirici xətlərinin optik kabellərlə əvəzlənməsi vətəndaşların keyfiyyətli, müasir rabitə və internet xidmətləri ilə təmin edilməsi ilə yanaşı, respublika üzrə ən böyük dairəvi rabitənin yaradılmasına da şərait yaranır. Hazırda Qəbələ rabitəsi TAE xəttinə Ağdaş istiqamətində qoşulub. Sözügedən layihənin reallaşması ilə rayonda üç istiqamətdə rabitə yaradılmış olacaq.
Bununla, İsmayıllı və Oğuz rayonları da alternativ rabitə ilə təmin ediləcək. Bundan başqa Qəbələ-Ağdaş-Xaldan-Şəki-Oğuz-Qəbələ, Qəbələ-İsmayıllı-Göyçay-Ağdaş-Qəbələ istiqamətlərində dairəvi rabitə sistemi yaradılır ki, bu da adıçəkilən rayonların alternativ rabitə ilə təmin edilməsi deməkdir.
Məlumat üçün bildirək ki, hazırda rayon üzrə rabitə şəbəkəsinin 11742 nömrə tutumuna malikdir. Bunun 8366 nömrəsinin kənd şəbəkəsinin payına düşdüyünü nəzərə alsaq, onda layihənin reallaşdırılması ilə Qəbələdə ADSL xidmətlərinin daha çox istifadəçisi olacağını demək olar. Hazırda rayon üzrə 1688 ADSL istifadəçisi var ki, bunun da 792 nəfəri kəndlərin payına düşür. Qəbələ TKQ-nın hesablamasına görə, yeniliyin tətbiqi ilə kəndlərdə ilkin mərhələdə 700-ə yaxın ADSL portu istifadəyə veriləcək.
Rayonda Laza, Küsnət, Solquca və Abıx kəndləri peyk rabitəsi,Tikanlı, Məmmədağalı və Uzuntel kəndləri mini-EATS-lərlə telefonlaşıb. Solquca kənd sakinləri ilə söhbətimizdə onlar da ADSL xidmətlərindən istifadə etmək istədiklərini bildiriblər.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL