“İntel” korporasiyası üçüncü nəsil dördnüvəli prosessorlar təqdim edib
Dünyanın ən böyük prosessor istehsalçısı olan “İntel” korporasiyası rəsmi olaraq üçüncü nəslin dördnüvəli prosessorlarını təqdim edib. Ultrabuklar məhz bu prosessorların əsasında işləyəcəklər.
“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “İntel” şirkəti məhsulların yeni ailəsinin adını dəqiqləşdirməyib. Lakin qərb kütləvi informasiya vasitələri (KİV) qeyd edib ki, bu, “Ivy Bridge kod adlı prosessorlardır.
“İntel” istehsalı olan yeni nəsil prosessorlar 22 nanometr texnoloji proses üzrə hazırlanıb, halbuki indiki nəsil prosessorlar 32 nanometr texnoloji proses üzrə hazırlanmışdı. Yeni prosessorların “Sandy Bridge” çipləri ilə müqayisədə daha yığcam və qənaətcil olacağı gözlənilir.
“İntel” korporasiyası yeni prosessor xəttində ilk dəfə olaraq “3D Tri-gate” texnologiyası üzrə hazırlanmış üçölçülü tranzistorlardan istifadə edib. Mikroprosessorların məhsuldarlığı “Sandy Bridge” ilə müqayisədə 10-15 faiz artıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL