waplog

“Microsoft” alqı-satqı ilə məşğuldur


“Microsoft” korporasiyası “AOL” internet-şirkətindən satın aldığı patentlərin bir hissəsini “Facebook” sosial şəbəkəsinə satacaq. Bu barədə şirkətlərin birgə bəyanatında qeyd edilib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının satın alacağı 925 patentin təxminən 650-ni “Facebook” alacaq. Bunun əvəzində sosial şəbəkə 550 milyon ABŞ dolları ödəyəcək.

Saziş bağlandıqdan sonra “Facebook”un patent paketi təxminən 1460 patentdən ibarət olacaq. Onların 60-ı sosial şəbəkənin öz patentləridir, 750 patent isə “IBM” korporasiyasından satın alınıb.

“Facebook”, ehtimal ki, aldığı patentləri “Yahoo” ilə məhkəmə mübahisəsində istifadə edəcək. Məlumat üçün bildirim ki, 2012-ci ilin əvvəlində “Yahoo” internet-şirkəti sosial şəbəkəni onun 10 patentini pozmaqda ittiham edib. “Facebook” internet-şirkəti 2012-ci il aprelin əvvəlində “Yahoo” internet-şirkətinə qarşılıqlı iddia irəli sürüb.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL