“Nokia” şirkəti Vyetnamda zavod tikir
Finlandiyanın mobil telefon istehsalçısı olan "Nokia" şirkəti Vyetnamda yeni zavod tikintisinə başlayıb. Zavod Hanoy şəhərindən 30 kilometr uzaqda yerləşəcək. "Nokia" şirkəti 17 hektar ərazini uzunmüddətli icarəyə götürüb və 2013-cü ilin əvvəlinə kimi yeni istehsal obyektinin tikintisini başa çatdırmaq niyyətindədir.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Nokia" şirkətinin Vyetnamda zavod tikməsi strateji addımdır. Birincisi, burada iş qüvvəsi və istehsalın qiyməti Avropa ilə müqayisədə çox aşağıdır, ikincisi, Asiyada yeni smartfonlara çox yüksək tələbat var. Nəhayət, Vyetnamda smartfonlara tələbat yüksəkdir. Bu da şirkətin xeyrinədir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL