“AzDataKom”un internet xidmətlərinə onlayn qoşulma imkanı yaradılıb
Artıq "Aztelekom" İB və BTRİB abunəçilərinin "AzDataKom"un internet xidmətlərinə onlayn qoşulma xidməti istifadəyə verilib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Abunəçilər mərkəzin rəsmi internet səhifəsində (www.rabita.az) yerləşdirilən "AzDataKom internet xidmətlərinə onlayn qoşulma" bölməsinə daxil olmaqla bu elektron xidmətdən istifadə edə bilərlər. Bu elektron xidmət tam avtomatlaşdırılıb və abunəçinin müraciəti, sorğunun formalaşdırılması avtomatik aparılır. Xidmət haqqının ödənilməsi isə internet, yaxud ödəmə terminalları vasitəsilə həyata keçirilir.
Bu elektron xidmətdən istifadə etmək üçün istifadəçi qeydiyyatdan keçmək məqsədilə şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodu daxil etməklə identifikasiya mərhələsindən keçir.
Qeydiyyat prosesi keçirildikdən sonra istifadəçinin elektron poçt ünvanına aktivasiya kodu göndərilir və internet xidmətinə qoşulma üçün onlayn müraciət imkanı yaradılır. İstifadəçinin doldurduğu məlumatlar sistem tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra sorğu qəbul edilir və internet xidmətlərinə qoşulmaq üçün avtomatik sifariş formalaşdırılır.
İstifadəçiyə internet vasitəsilə xidmət haqqını 1 gün ərzində ödəmək imkanı yaradılır və ödəniş aparıldıqdan sonra 3 iş günü ərzində onun telefon nömrəsinin "AzDataKom"un internet xidmətlərinə qoşulması təmin olunur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL