Avropada elektron kitab satışları 2 dəfə artıb
“IDC” analitik şirkətinin məlumatına əsasən, 2011-ci ildə “EMEA” bazarında elektron rider satışlarının həcmi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 4,8 milyon təşkil edib.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC” analitik şirkətindən verilən məlumata görə, “EMEA” riderlərinin bazar payı dünya miqyasında təxminən 17% təşkil edir. Analitiklərin proqnozlarına görə, 2016-cı ilədək “EMEA” regionunda hər il təxminən 24 milyon rider satılacaq.
2011-ci ilin nəticəsinə görə, “EMEA” bazarında satış üzrə lider məhz “Amazon” internet şirkəti olub, əvvəlki lider “Sony” şirkəti isə ikinci yerə yuvarlanıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL