Sürücülər qayda pozduqlarını SMS vasitəsi ilə öyrənəcək
Yaxın vaxtlarda sürücülər cərimə balları, qayda pozuntusuna görə bütün məlumatları SMS vasitəsi ilə əldə edəcək. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yeniliyin tətbiqi sürücülərin məsuliyyətini bir qədər də artıracaq. Belə ki, əvvəllər sürücülərin qayda pozuntuları barədə məlumat onların yaşadığı ünvana bildirişlə gəlirdi. Yol polisləri operativliyi artırmaq üçün onlara zəng də etməli olurdu.
Yeniliyin tətbiqindən sonra bütün bu işlər daha sürətli şəkildə davam edəcək. Bu layihənin reallaşması nəticəsində sürücülər qayda pozduqdan sonra dərhal bu marədə mobil telefonuna göndərilən SMS-lə məlumatlandırılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL