waplog

Britaniyanın “ARM Holdings” şirkətinin mədaxili artıb


Britaniyanın "ARM Holdings" şirkəti 2012-ci ilin birinci rübü üzrə hesabat verib. Qeyd edim ki, "ARM Holdings" şirkətinin istehsal etdiyi mikroprosessorlar bir çox müasir mobil qurğularda istifadə olunur.

"İCTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən  bildirir ki, hesabat dövründə şirkətin mənfəəti keçən illə müqayisədə 22% artıb və 61,9 milyon funt-sterlinq (təxminən 100 milyon ABŞ dolları) təşkil edib. Mədaxil isə 209,4 milyon dollara bərabər olub.

Hesabatda, həmçinin qeyd edilib ki, smartfon və planşetlərdə istifadə edilən "ARM" şirkətinin istehsalı olan prosessorların tədarük həcmi 2012-ci ilin yanvar-mart ayları dövründə əvvəlki səviyyədə (1,1 milyard) qalıb.





 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL